...

Qubada avtomobildə baş verən yanğın polislər tərəfindən söndürüldü (FOTO/VİDEO)

Hadisə Materials 28 May 2020 11:15 (UTC +04:00)
Qubada avtomobildə baş verən yanğın polislər tərəfindən söndürüldü (FOTO/VİDEO)

Bakı. Trend:

Qubada "VAZ 2107" markalı avtomobildə yanğın olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, may ayının 27-də Quba rayonu ərazisində rayonun 2-ci Nügədi kənd sakini Rasim Orucova məxsus "VAZ 2107" markalı avtomobildə anidən yanğın hadisəsi baş verib.

Baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Şöbə əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından, eləcə də sudan istifadə edərək yanğının qarşısını vaxtında alıblar.

Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti