Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 4 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğından mənzillər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.