...

Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü (YENİLƏNİB)

Hadisə Materials 14 İyun 2020 18:29 (UTC +04:00)
Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü (YENİLƏNİB)

Bakı. Asif Mehman - Trend:

Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

X X X

Saat 15.15

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti