Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m2 olan qarajın yanar konstruksiyaları və içərisində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.