...

BDYPİ: Karantin postlarından keçmək istəyən 900 avtomobil geri qaytarıldı

Hadisə Materials 22 İyun 2020 10:31 (UTC +04:00)
İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.
BDYPİ: Karantin postlarından keçmək istəyən 900 avtomobil geri qaytarıldı

Bakı. Samir Əli - Trend:

İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.

Xatırladaq ki, Nazirlər Kabineti iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti