...

Tovuzda daha bir top mərmisinin qalıqları aşkarlandı (FOTO)

Hadisə Materials 16 İyul 2020 20:59 (UTC +04:00)
Tovuzda daha bir top mərmisinin qalıqları aşkarlandı (FOTO)

Bakı. Trend:

2020-ci il 16 İyul tarixində saat 10:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Partlamış top mərmisinin ətrafında 80 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti