...

Güclü külək nəticəsində Şəmkirdə 450 abonent qazsız qaldı

Hadisə Materials 28 İyul 2020 21:35 (UTC +04:00)
Güclü külək nəticəsində Şəmkirdə 450 abonent qazsız qaldı

Bakı. Tremd:

Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti