...

Bakıda parkda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Avqust 2020 16:07 (UTC +04:00)
Bakıda parkda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən 1 ha ərazidə ağaclıq və quru ot yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

X X X

16:07

Bakıda parkda ağaclar yanır - Əraziyə yanğınsöndürənlər cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti