...

Bakıda dənizdə batan oğlanın meyiti tapıldı (YENİLƏNİB)

Hadisə Materials 2 Sentyabr 2020 15:35 (UTC +04:00)
Bakıda dənizdə batan oğlanın meyiti tapıldı (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

XXX

14:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həmin şəxsin kimliyi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti