...

Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş

Hadisə Materials 25 Sentyabr 2020 14:36 (UTC +04:00)
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş

Bakı. Samir Əli - Trend:

Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Trend-ə daxil olan məlumata görə, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.

İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.

Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti