...

Bakıda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 23 Noyabr 2020 09:14 (UTC +04:00)
Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti