...

Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)

Hadisə Materials 27 Noyabr 2020 17:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) baş verib. Ərazidəki tunelə girişdə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur.

Hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti