...

Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 2 Dekabr 2020 15:55 (UTC +04:00)
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı qapı-pəncərə sexlərindən birindən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar rayonunun ərazisindəki qapı-pəncərə sexlərindən birindən müxtəlif adda ümumilikdə 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqların oğurlanması ilə bağlı Biləruvar RPŞ-yə müraciət edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Biləsuvar şəhər sakini S.Abdallı olduğu müəyyən edilib. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti