...

Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)

Hadisə Materials 3 Dekabr 2020 17:08 (UTC +04:00)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” fəaliyyətə başlayıb. Qrup üzvləri şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda reydlər keçirərək, burada xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl edilməsini yoxlayırlar.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı idarələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfesiya edilib-edilməməsi yoxlanılır.

Qrup üzvləri gün ərzində Gəncədəki bəzi tibb müəssisələri, mədəniyyət ocaqları, hazırlıq kursları, iri marketlər, mağazalar, poçt və gidər müəssisələrdə olublar. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 106 nəfər qanunamüvafiq qaydada cərimə edilib, 17 nəfərə isə şifahi xəbərdarlıq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti