Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda yol qəzası baş verib.
Trend-in məlumatına görə, qəza Bakı-Şamaxı yolunda qeydə alınıb. "KİA" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində bir nəfərin yüngül xəsarət aldığı deyilir.
Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.