...

Samux sakinindən 4 kiloqram narkotik götürülüb (FOTO)

Hadisə Materials 19 Dekabr 2020 13:33 (UTC +04:00)
Samux sakinindən 4 kiloqram narkotik götürülüb (FOTO)

Bakı. Samir Əli - Trend:

Samux sakinindən narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Samux rayon Kövər kənd sakini Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kiloqram 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti