...

Bakıda açıq sahədə məişət tullantıları yanıb

Hadisə Materials 19 Dekabr 2020 18:43 (UTC +04:00)
Bakıda açıq sahədə məişət tullantıları yanıb

Bakı. Trend:

Bakı şəhəri Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti