...

Boliviyada avtobus uçurumdan düşdü, çox sayda ölən və yaralanan var

Hadisə Materials 23 Dekabr 2020 05:21 (UTC +04:00)
Boliviyada avtobus uçurumdan düşdü, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Boliviyanın cənub-qərbində yerləşən Okuri kəndi yaxınlığında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində ən az 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Trend-in məlumatına görə, avtobus 100 m hündürlükdən dərəyə aşıb.

Qəzanın səbəbləri kimi nəqliyyat vasitəsindəki texniki nasazlıqlar və dumanlı hava göstərilir. Yaralılar yaxın xəstəxanalara aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti