...

AzTV-nin binasında dağıntı altında qalan əməkdaşı həlak olub

Hadisə Materials 25 Dekabr 2020 23:48 (UTC +04:00)
AzTV-nin binasında dağıntı altında qalan əməkdaşı həlak olub

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

XXX

22:45

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Bu barədə Trend QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaşımız xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti