...

Tovuzda minik avtomobili ağaca çırpılıb

Hadisə Materials 13 Yanvar 2021 01:54 (UTC +04:00)
Tovuzda minik avtomobili ağaca çırpılıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunun Azaflı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti