...

Karantini pozub futbol oynayan yeniyetmələrin valideynlərinə xəbərdarlıq edilib

Hadisə Materials 18 Yanvar 2021 12:21 (UTC +04:00)
Karantini pozub futbol oynayan yeniyetmələrin valideynlərinə xəbərdarlıq edilib

Bakı. Samir Əli - Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib. Qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti