...

Bərdədə kişi salonu yanaraq külə dönüb (FOTO)

Hadisə Materials 11 Fevral 2021 16:36 (UTC +04:00)
Bərdədə kişi salonu yanaraq külə dönüb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bərdədə kişi salonu yanaraq külə dönüb.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, bərbərxanada elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa zamanda genişlənib.

Əraziya FHN-nin Bərdə rayon yanğınsöndürmə birqadası çağırılıb. Qısa zamanda yanğın söndürülüb. Ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da bərbərxanaya ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti