...

Konqoda silahlı hücum nəticəsində 14 nəfər ölüb

Hadisə Materials 15 Fevral 2021 05:11 (UTC +04:00)
Konqoda silahlı hücum nəticəsində 14 nəfər ölüb

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (DRC) şimal-şərqində yerləşən İturi əyalətində islamçı Demokratik Qüvvələr Alyansı (ADF) qruplaşmasının silahlıları yaşayış məntəqəsinə hücum ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hücum zamanı ən az 14 nəfər həlak olub.

11 mülki şəxs qrupun məntəqəyə hücumu zamanı, üç əsgər isə daha sonra atışmada öldürülüb. Dörd yaraqlının zərərsizləşdirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti