...

Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb

Hadisə Materials 6 Mart 2021 06:03 (UTC +04:00)
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb

Bakı. Trend:

Yeni Zelandiya sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri 34 min əhalisi olan Gisborn şəhərindən 176 kilometr şimal-şərqdə, ocağı 9,2 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, martın 5-də Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8, martın 4-də isə 7,3 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti