...

Səbaildə çay evi adı ilə qəlyanxana aşkarlandı (FOTO)

Hadisə Materials 16 Mart 2021 11:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Səbail rayonunda Badamdar qəsəbəsində T.Məmmədov küçəsində xüsusi karantin rejim qaydalarına əməl edilməyən çay evi adı altında fəaliyyət göstərən qəlyanxana aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ və 41-ci PB əməkdaşları əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti