...

Gəncədə qadının çantasından 2 min manatlıq telefon oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 19 Mart 2021 12:21 (UTC +04:00)
Gəncədə qadının çantasından 2 min manatlıq telefon oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Gəncə sakini küçədə qarət edilib.

Trend-in məlumatına görə, Kəpəz RPİ-yə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti