...

Avstraliya paytaxtının yaxınlığında daşqın səbəbindən təxliyyə elan edilib

Hadisə Materials 21 Mart 2021 02:38 (UTC +04:00)

Bakı. Trend:

Sidneyin qərbində daşqınlar əhatə etmiş ərazilərin sakinlərinə bu gün səhər tezdən evakuasiya edilmələri barədə göstəriş verilib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bölgədə bir neçə gündür fasiləsiz yağış yağır. Güclü yağışın 23 martın səhərinədək davam edəcəyi gözlənilir.

Bildirilir ki, Yeni Cənubi Uelsdəki və Sidneyə yaxın qərb bölgələrindəki çaylar sahillərindən daşıb. Meteorologiya bürosu bütün ştat daxilində daşqınlar barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti