Bakı. Trend:
Süveyş kanalında saya oturan "Ever Given" nəhəng konteyner yük gəmisinə iki əlavə yedək yönəldilib.
Trend İnterfaks-a istinadən xəbər verir ki, gəminin bu vəziyyətə düşmə səbəbləri ilə bağlı araşdırma davam edir. Süveyş kanalının idarə rəhbəri general-leytenant Usama Rabey daha əvvəl jurnalistlərə hadisənin yeganə səbəbinin güclü küləklərin olmadığını bildirib. Texniki səhv və ya insan faktoru istisna edilmir.
Dünən verilən məlumata əsasən, vəziyyətlə əlaqədar hazırda 300-dən çox gəmi keçid gözləyir.
Qeyd edək ki, Süveyş kanalında dünya dəniz ticarət daşımalarını 12 faizi həyata keçirilir.