...

Bərdədə gizli yas mərasimi aşkar edildi

Hadisə Materials 5 Aprel 2021 11:02 (UTC +04:00)
Bərdədə gizli yas mərasimi aşkar edildi

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Cumalar kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barədə qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti