...

Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 Aprel 2021 11:43 (UTC +04:00)
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

XXX

10:41

Bakıda gəmi yanır.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti