...

Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb

Hadisə Materials 11 Aprel 2021 03:16 (UTC +04:00)

Bakı. Trend:

Hindistanda sərnişin avtobusu yol kənarındakı xəndəyə düşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə Uttar Pradeş ştatında baş verib.

Qəza nəticəsində ən azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti