...

Samuxda yas mərasimi dayandırılıb

Hadisə Materials 27 Aprel 2021 13:58 (UTC +04:00)
Samuxda yas mərasimi dayandırılıb

Bakı. Samir Əli - Trend:

Aprelin 26-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qiyaslı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti