...

Naxçıvanda saxta pul alverçisi yaxalandı

Hadisə Materials 1 May 2021 11:29 (UTC +04:00)
Naxçıvanda saxta pul alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti