...

Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb

Hadisə Materials 8 May 2021 16:45 (UTC +04:00)
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti