...

Sumqayıt şəhəri İcra Hakimiyyətinin rəsmisi cərimələnib

Hadisə Materials 31 May 2021 12:44 (UTC +04:00)
Sumqayıt şəhəri İcra Hakimiyyətinin rəsmisi cərimələnib

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti