...

Xızı sakinindən narkotik götürülüb (FOTO)

Hadisə Materials 14 İyun 2021 09:54 (UTC +04:00)
Xızı sakinindən narkotik götürülüb (FOTO)

Bakı. Samir Əli - Trend:

Xızı sakinindən narkotik götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti