...

Bakıda vətəndaşı döyüb lentə alan "yutuber" həbs edildi

Hadisə Materials 15 İyun 2021 19:32 (UTC +04:00)
Bakıda vətəndaşı döyüb lentə alan "yutuber" həbs edildi

Bakı. Samir Əli - Trend:

Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq sosial şəbəkələrdə paylaşan "yutuber" Ruslan Quliyev həbs edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb:
"Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti