...

Xaçmazda yanğının söndürülməsinə helikopter cəlb olundu - FHN (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 İyun 2021 19:11 (UTC +04:00)
Xaçmazda yanğının söndürülməsinə helikopter cəlb olundu - FHN (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

***

18:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb.

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti