...

Zərdabda 1,4 tondan artıq çətənə kolu yandırılıb

Hadisə Materials 28 İyun 2021 13:17 (UTC +04:00)
Zərdabda 1,4 tondan artıq çətənə kolu yandırılıb

Bakı. Samir Əli - Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti