...

Sabirabadda məscid binası yanıb

Hadisə Materials 2 İyul 2021 05:08 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti