...

Şəmkirdə mebel sexi və ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 8 İyul 2021 07:56 (UTC +04:00)
Şəmkirdə mebel sexi və ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 1000 m² olan birmərtəbəli mebel salonunun zirzəmisində sahəsi 50 m² olan otağın yanar konstruksiyaları, içərisinə yığılan stol-stul və 3 ədəd döşək yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mebel salonunun lambirindən ibarət tavanı 120 m² sahədə qarsalanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti