Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.