...

Yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 23 İyul 2021 20:39 (UTC +04:00)
Yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Bərdədə yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti