Bakı. Trend:
ANAMA Cəbrayılda minaya düşən əməkdaşı barədə məlumat yayıb.
Trend xəbər verir ki, məlumatda deyilir:
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 27 iyul tarixində Agentliyin əməkdaşı 26 avqust 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş vermişdir.
Nəticədə, Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almış, ilkin tibbi müayinə edilərək, evə buraxılmışdır.
İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq".