...

İmişlidə çay evi yanıb

Hadisə Materials 29 İyul 2021 01:08 (UTC +04:00)
İmişlidə çay evi yanıb

Bakı. Trend:

İmişli rayonunda ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli çay evinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin çardağı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti