...

Cəlilabadda metamfetamin satanlar saxlanılıb

Hadisə Materials 3 Avqust 2021 11:39 (UTC +04:00)
Cəlilabadda metamfetamin satanlar saxlanılıb

Bakı. Trend:

Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti