...

Göyçayda güclü yanğının qarşısı alınıb

Hadisə Materials 11 Avqust 2021 22:10 (UTC +04:00)

Bakı. Trend:

Göyçay rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1190 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, ətrafında 700 m² sahədə quru ot, kol-kos və məişət tullantıları, 1 ədəd telefon dirəyi və ərazidən keçən hava telefon xətti 80 p.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti