...

Ağstafada ögey övladlarına işgəncə verən qadına cinayət işi başlandı

Hadisə Materials 18 Avqust 2021 11:11 (UTC +04:00)
Ağstafada ögey övladlarına işgəncə verən qadına cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda azyaşlı uşaqlara zor tətbiq edilməsi faktı üzrə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.

Bildirilir ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Twitter: @GuleliyevSamir

Xəbər lenti

Xəbər lenti