...

Qaxda evinin həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 18 Avqust 2021 11:28 (UTC +04:00)
Qaxda evinin həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlat müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti