Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.